Dani Alveş Peleni, İnyesta isə Xavini geridə qoydu

00:02 15 May 2016

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta 8-ci dəfə İspaniya çempionu olub.
 

Sportarena.az xəbər verir ki, bu çempionluğla 32 yaşlı futbolçu karyerasında 29-cu titulunu qazanıb. Bu da ispan futbolçular arasında ən yüksək nailiyyətdir. Xavi ondan 1 titul geri qalıb.
 

"Barselona"nın müdafiəçisi Daniel Alveş üçün isə bu 6-cı İspaniya çempionluğu və ümüumilikdə 30-cu tituldur. Müdafiəçi titulların sayına görə braziliyalılar arasında 1-ci yerə yüksəlib. O, bu göstəriciyə görə əfsanəvi Peleni (29) ötüb.


Digər xəbərlər

Xəbər xətti