Di Mariyadan rekord göstərici

13:11 15 May 2016

PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariya Fransa Liqa 1-də yeni rekord müəyyənləşdirib.

 

Sportarena.az xəbər verir ki, futbolçu dünən Fransa çempionatının 38-ci ci turunda "Nant"la qarşılaşmada 2 məhsuldar ötürmə verib. Bu ötürmələrlə futbolçu mövsüm ərzində etdiyi asistlərin sayını 18-ə yüksəldib. Bununlada o, Liqa 1 tarixində bir mövsüm ərzində ən çox asist edən futbolçu kimi tarixə düşüb.


Xatırladaq ki, daha öncə bu rekord "Soşo" klubunun futbolçusu Marven Martenə aid idi. Belə ki, o, 2010/11 mövsümündə 17 qol ötürməsi vermişdi.

 

Qeyd edək ki, PSJ - "Nant" matçı ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti