"Yuventus" rekordunu təkrarladı

14:39 15 May 2016

İtaliyanın "Yuventus" klubu dünən doğma meydanda "Sampdoriya"nı 5:0 hesabı ilə məğlub etməklə Seriya A-da öz rekordunu bir daha təkrarlayıb.


Sportarena.az xəbər verir ki, klub mövsüm ərzində 22 matçda qapısını toxunulmaz saxlaya bilib. Bununla da, komanda 2013/14 mövsümündəki rekordunu bir daha təkrarlamış olub.


Xatırladaq ki, ilk dəfə bu rekordu "Milan" klubu 1993/94 mövsümündə müəyyənləşdirmişdi.


Digər xəbərlər

Xəbər xətti