"Old Trafford"da terror təhlükəsi: matç təxirə salındı

18:28 15 May 2016

İngiltərə Premyer Liqasının son turunda keçirilməsi nəzərdə tutulan "Mançester Yunayted" – "Bornmut" matçından əvvəl terror təhlükəsi yaranıb.


Sportarena.az xəbər verir ki, qarşılaşmanın başlanmasına bir neçə dəqiqə qalmış matçın keçiriləcəyi "Old Trafford" stadionunda həyəcan siqnalı verilib. Buna səbəb stadionda sahibsiz çantanın tapılması olub. Həyəcan siqnalından sonra stadiondakı azarkeşlər evakuasiya olunub.


Qeyd edək ki, oyunun 18:45-də başlanacağı deyilsə də, daha sonra edilən açıqlamada matçın təxirə getdiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti