Ronaldodan fantastik rekord

00:51 16 May 2016

İspaniya La Liqasında mövsümün sonuncu - XXXVIII turunda səfərdə "Deportivo"ya qalib gələn (2:0) "Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo yeni rekorda imza atıb.

Sözügedən qarşılaşmada dubl edən Ronaldo bu mövsüm bütün yarışlar daxil olmaqla vurduğu qolların sayını 51-ə yüksəldib. Bununla da o, ardıcıl 6 mövsümdə 50-dən çox qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Portuqaliyalı La Liqada meydana çıxdığı 36 matçda 35 qol vurub, 11 məhsuldar ötürmə verib.

Ronaldo bombardirlik yarışında "Barselona"nın forvardı Luis Suaresə uduzub. Uruqvaylı 40 qolla La Liqanın bombardiri adını qazanıb. 


Digər xəbərlər

Xəbər xətti