Cüdoçularımız Qazaxıstandan 1 qızıl, 2 gümüş medalla döndü

16:29 16 May 2016

Mayın 13-də Qazaxıstanın Aktau şəhərində startı verilmiş cüdo üzrə beynəlxalq turnirə yekun vurulub. 


Sportarena.az xəbər verir ki, bu ölkənin xalq qəhrəmanı Er-Kosay Kudaykulunun xatirəsinə həsr olunmuş 8-ci ənənəvi beynəlxalq turnirdə kiçikyaşlı yeniyetmələr (2001-2002) mübarizə aparıblar.

 

Cüdo üzrə Azərbaycan milli komandası yarışda 9 cüdoçu ilə təmsil olunub. İdmançılarımızdan üçü mükafatçılar arasında yer almağa müvəffəq olub.
50 kq çəkidə çıxış edən Sənan Əhmədov rəqib tanımayaraq turnirin qalibi adını qazanıb. Namiq Mirzəliyevlə (42 kq) Nəriman Mirzəyev (50 kq) isə yalnız finalda məğlubiyyətə uğrayıblar və gümüş medallara layiq görülüblər.


Xəbər xətti