"Real" ulduz futbolçusunu satır

11:13 17 May 2016

"Real" Xames Rodrigeslə yollarını ayıracağı gözlənilir. 


Sportarena.az xəbər verir ki, "kral klubu" kolumbiyalı ulduzunu "Mançester Yunayted"ə təklif edib. İddiaya görə, "Real" ingilislərin qarşısına konkret şərt də qoyub. İspanlar "Mançester Yunayted"dən bu futbolçu üçün 60 milyon avro tələb edib. "Qırmızı şeytanlar"ın bir müddətdi Rodrigeslə maraqlandığı məlumdu. Bu səbəbdən transferin baş tutmaq ehtimalı böyükdü. 


Qeyd edək ki, Rodriges cari mövsümdə 32 rəsmi oyuna çıxıb və cəmi 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti