"Atletiko" Simeoneni əvəz edəcək baş məşqçini tapdı

11:39 17 May 2016

Portuqaliyanın "Sportinq" klubunun baş məşqçisi Jorxe Xesus "Atletiko"nu çalışdıra bilər.

Sportarena.az xəbər verir ki, bu barədə Portuqaliyanın məşhur "A Bola" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə mütəxəssis Madrid klubunda Simeoneni əvəz edəcək.

Məlumata görə "Atletiko" Çempionlar Liqasını qazanacağı təqdirdə Dieqo Simeone komandanı tərk edəcək. Belə olan halda da J.Xesus "Atletiko" ilə müqavilə bağlayacaq.


Qeyd edək ki, Jorxe Xesus hazırda çalışdırdığı "Sportinq" klubu Portuqaliya çempionatında bu mövsüm "Benfika"nın ardından 2-ci olub.


Digər xəbərlər

Xəbər xətti