Karateçilərimiz Avropa çempionatında 5 medal qazandı

17:28 17 May 2016

Tbilisidə kyokuşinkay və şinkyokuşinkay karate üzrə Avropa çempionatı keçirilib.


Sportarena.az xəbər verir ki, Azərbaycan Kyokuşin Karate Federasiyasının komandası çempionatda 5 medal qazanıb.


Çempionatda kişilər arasında 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Səlahət Həsənov qızıl medala layiq görülüb. Valeh Cəfərov (65 kq), Yasir Məmmədov (85 kq) və Mübariz Ağamalıyev (85 kq) isə bürünc medallara sahib olublar. Gənclər (16-18 yaş) arasında 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kərim Kərimov gümüş medal qazanıb.


Qeyd edək ki, çempionatda idmançılarla yanaşı, hakimlərimiz - Allahverdi Rüstəmov, Qabil Sayadov, Namiq Vəliyev, Mübariz Məlikov, Əbülfət Hacızadə, Mehdi Əhmədov və Samir Fərzəliyev də iştirak ediblər.


İdmançılarımız Avropa çempionatında ölkəmizi Azərbaycan Kyokuşin Karate Federasiyasının prezidenti Natiq Heydərov və vitse-prezidenti Şixan 6-cı dan qara kəmər ustası Allahverdi Rüstəmovun rəhbərliyi ilə təmsil ediblər. 


Xəbər xətti