Millimizin dünya çempionatında iştirak edəcəyi heyəti müəyyənləşdi

18:31 17 May 2016

Mayın 19-dan 27-dək Qazaxıstanın paytaxtı Astana şəhərində boks üzrə qadınların dünya çempionatına start veriləcək. 

 

Sportarena.az xəbər verir ki, yarışa hazırlıqları başa vuran milli komandamız artıq Qazaxıstandadır. Son hazırlıq prosesini Ukraynanın İvano-Frankovsk şəhərində keçən milli komandamızın heyətində bu boksçular mübarizə aparacaq:

48 kq – Əzizə Abbasova, 51 kq – Anna Əlimərdanova, 57 kq – Məhsəti Həmzəyeva, 60 kq – Yana Alekseyevna, 64 kq – Ayzanat Hacıyeva, 69 kq – Məryəm Cəbrayılova, 75 kq – Elena Vstropova, 81 kq – Alina Hacıyeva, +81 kq – Aynur Rzayeva


Qeyd edək ki, komandamız Qazaxıstanda baş məşqçi Aleksandr Denisov və məşqçilər İvan Yuşenko ilə Lətif Bağırovun rəhbərliyi aLtında çıxış edəcək.


Xəbər xətti