"Barselona" 30 milyon avroluq futbolçunu 4 milyona almaq istəyir

00:06 18 May 2016

"Barselona" "Las-Palmas"ın müdafiəçisi Maurisio Lemosu transfer etməyi planlaşdırır.


Sportarena.az xəbər verir ki, Kataloniya klubu bir neçə gün öncə 20 yaşlı uruqvaylı futbolçunun alınması üçün təklif göndərib. "Barsa" Lemosa görə 4 milyon avro ödəməyə hazırdı. Lakin, Lemosun müqaviləsində sərbəst qalma bəndi 30 milyon avro təşkil edir.


Qeyd edək ki, gənc oyunçu bu mövsüm La Liqada sadəcə 10 oyunda iştirak edib.


Xəbər xətti