Lui Van Qal: "Mən hələlik baş məşqçiyəm"

12:40 18 May 2016

"Mançester Yunayted" klubu dünən İngiltərə Premyer Liqasında mövsümün son oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Lui Van Qal "Bornmut"la (3:1) oyundan sonra öz işini dəyərləndirib.

"2-ci hissə xoşuma gəldi. Yalnız 1 dəqiqə xoşuma gəlmədi. Buraxılan qol vacib deyildi. Bu qol De Xeanı mükafatdan da etdi. Biz çox yaxşı müdafiə olunan komandaya qarşı əla oynadıq.

Məqsədimizə çata bilmədik. Çempionlar liqasına düşməliydik. Qarşımızda İngiltərə kubokunun finalı var.

3 illik müqaviləm olduğunu deyə bilərəm. Keçid dövrü başa çatmayıb. Mən hələlik baş məşqçiyəm", – deyə Van Qal vurğulayıb.


Xəbər xətti