Con Terri "Çelsi" ilə yeni müqavilə imzaladı

15:10 18 May 2016

Con Terri "Çelsi" ilə yeni müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, 36 yaşlı futbolçu daha bir il "zadəganlar"ın heyəində çıxış edəcək. 


Bir müddət öncə Terrinin "Çelsi"dən gedəcəyi barədə məlumat yayılsa da, komandanın prezidenti Roman Abramoviç və yeni mövsümdən klubun baş məşqçisi olacaq Antonio Konte futbolçu ilə bu barədə razılıq əldə edə bilib.


Xatırladaq ki, Con Terri 1998-ci ildən "Çelsi" klubunda çıxış edir. O, "zadəganlar"ın heyətində 703 oyun keçirib və 66 qol vurub.


Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 24 matçda forma geyən müdafiəçi 1 dəfə rəqib qapılarına qol vura bilib.


Xəbər xətti