"Arsenal" Volkotu satmaq istəmir

12:29 19 May 2016

"London"un "Arsenal" klubu futbolçusu Teo Volkotu satmaq istəmir

Sportarena.az xəbər verir ki, "topçular" "Avro-2016"da çıxış edəcək İngiltərə millisinin iştirak ərizəsinə adı salınmayan hücumçunu buna baxmayaraq komandada saxlamaq niyyətindədir. Klub futbolçu ilə yenidən danışıqlara başlayacağını bəyan edib. 

Xatırladaq ki, bu yaxınlarda "Arsenal"ın Volkotu digər Premyer Liqa klubu "Vest Hem"ə 20 milyon funt-sterlinq qarşılığında satacağı barədə xəbərlər yayılmışdı.


Xəbər xətti