Fatih Terimdən "Qalatasaray" açıqlaması: "...heç bir problem olmaz"

13:33 19 May 2016

Fatih Terim yenidən "Qalatasaray"a dönəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib

Sportarena.az xəbər verir ki, hazırda Türkiyə millisini çalışdıran "İmperator" ləqəbli mütəxəssis bunları deyib: 

"Hazırda tamamilə milli komandaya köklənmişəm. Bu çox önəmli məqamdı. "Qalatasaray"lıların milli komandaya sayğı duyduqları qədər məni və "Qalatasaray"ı sevdiklərini də bilirəm. Mən "Qalatasaray"ın yaşayan əfsanələrindən biriyəm. Divan üzvüyəm, keçmiş futbolçularından biriyəm və baş məşqçisi olmuşam. Bəzi şeylər bizi incitsə də, camiəmizə qarşı incik olmarıq. İşimiz ayrı-ayrı şəxslərlə olar. Lazım olsa, klub rəhbərliyi ilə görüşərəm, heç bir problem olmaz. Çıxar həqiqəti hər kəsə deyərəm. Amma hazırda mənim üçün sadəcə milli komanda və Avropa çempionatı var".


Xəbər xətti