Eddi İsrafilov millinin düşərgəsinə gec qoşulacaq

14:31 19 May 2016

Milli komandamızın üzvü Eddi İsrafilov yığmamızın Avstriyada keçiriləcək hazırlıq prosesinə bir qədər gec qoşulacaq.
Sportarena.az -ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, E. İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar mayın 30-da millimizin düşərgəsində olacaq.
Komandamızın təlim-məşq toplanışı mayın 23-dən iyunun 4-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti