İki oyunçu futzal millimizdən kənarlaşdırıldı

16:50 19 May 2016

Futzal üzrə Azərbaycan yığmasının heyətində dəyişiklərə start verilib. Futzal Federasiyasının rəhbərliyi yeni baş məşqçi təyinatının rəsmiləşməsini gözləmədən, artıq lazımsız oyunçuları komandadan uzaqlaşdırmağa başlayıb.

Belə ki, milliləşdirilmiş futzalçılar - Rafael və Auqusto yığmamızdan kənarlaşdırılıb. Böyük ehtimalla onlar bir daha millimizin formasını geyinməyəcəklər.

 


Digər xəbərlər

Xəbər xətti