"Qəbələ"nin futbolçuları mükafatlandırıldı

22:36 19 May 2016

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-19, U-17, U-16 və U-15 Liqalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu yaş qruplarının hamısında mükafatçılar sırasında yer alan “Qəbələ”nin gənc futbolçuları da təltif olunublar. UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin 1/2 final mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya – Hollandiya qarşılaşmasının fasiləsində U-19 Liqasının və U-15 Liqasının 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaları mükafatlandırılıb. Hər iki liqada I yeri tutan “Qəbələ”nin komandalarına qızıl medallar və çempionluq kuboku təqdim olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Boulevard Hotel Baku”nun nümayəndəsi Musa Quliyev təqdim ediblər.
 
Avropa çempionatının digər yarımfinal görüşü – Almaniya – İspaniya oyununun fasiləsində isə U-17 Liqası və U-16 Liqasının qalibləri mükafatlarını alıblar. “Qəbələ”nin U-16 komandası qızıl medallar və çempionluq kuboku ilə təltif edilib. U-17 komandamız isə gümüş medallarını alıb. Bu yaş qrupları üzrə komandalara mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers təqdim ediblər.


Digər xəbərlər

Xəbər xətti