İdmançımız Avropa çempionatında erməni rəqibinə qalib gəldi

01:10 20 May 2016

Mayın 19-da İsveçrənin Montrö şəhərində taekvondo üzrə Avropa çempionatı başlayıb. Qitə çempionatında Azərbaycanın böyüklərdən ibarət milli komandası da iştirak edir.

Avropa çempionatının ilk günündə Azərbaycan komandasının 4 idmançısı - 54 kiloqram çəki dərəcəsində İlham Əliyev və Məcid Sofiyev, Məmmədəli Quliyev (58 kq), qadınlardan isə İlayda Kardelen Çiftçi (46 kq) mübarizəyə qoşulsalar da, mükafatçılar sırasına düşə bilməyiblər.

Məhəmmədəli Quliyev ilk görüşdə Ermənistan təmsilçisi Haykaz Samvelyan ilə qarşılaşıb. Rəqibini məğlub edən taekvondoçumuz növbəti mərhələdə belçikalı Salaheddin Bensaleh ilə görüşdən məğlub ayrılıb. Məcid Sofiyev də ikinci mərhələdə mübarizəni dayandırıb. O, böyük britaniyalı Hassan Heidara qalib gəlsə də, Stanislav Denisova (Rusiya) uduzub.

İlayda Kardelen Çiftçi ilk döyüşündə ukraynalı İrina Romoldanovaya, İlham Əliyev isə rusiyalı Mixail Artamanovaya uduzub.

Qitə çempionatında millimiz 17 idmançı ilə təmsil olunur.

Çempionata baş məşqçilər Reza Mehmandoust, Sun Mi Park, böyük məşqçilər Elnur Amanov, Səbuhi Züfüqarov və Hye Younq Çoinin rəhbərliyi ilə qatılan millimiz mayın 23-də Vətənə qayıdacaq. 


Xəbər xətti