Millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

12:13 20 May 2016

Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
 

Sportarena.az xəbər verir ki, Kolumbiyanın Medellin şəhərində keçirilmiş püşkün nəticəsində Azərbaycan millisinin İran, İspaniya və Mərakeş yığmaları ilə birgə F qrupunda mübarizə aparacağı bəlli olub.


Qeyd edək ki, futzal üzrə dünya çempionatının final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Kali, Medellin və Bukaramanqa şəhərlərində keçiriləcək.


Qrupların tərkibi:


A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu: Tailand, Rusiya, Kuba, Misir

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

F qrupu: İran, İspaniya, Mərakeş, Azərbaycan


Digər xəbərlər

Xəbər xətti