"Barselona"dan 160 milyon avroluq rekord

15:54 20 May 2016

"Barselona" sponsoru olan "NIKE" firması ilə yeni sözləşmə imzalamağa hazırlaşır. 


Sportarena.az xəbər verir ki, yeni müqavilənin şərtlərinə əsasən, "NIKE" Kataloniya təmsilçisinə ildə 100 milyon avro ödəyəcək.

 

Yayılan məlumata görə, tərəflər arasında artıq razılıq əldə olunub. Məsələ rəsmiləşəcəyi halda "Barselona" sponsorluq anlaşmasına görə rekorda imza atacaq. Belə ki, son çempion "Adidas"ın "Mançester Yunayted"ə verdiyi 92 milyon avrodan daha çox qazanacaq.


Digər xəbərlər

Xəbər xətti