Millimizin uğursuz seriyası davam edir

13:07 21 May 2016

Qazaxıstanın paytaxtı Astana şəhərində qadın boksçular arasında keçirilən dünya çempionatı davam edir. 


Sportarena.az xəbər verir ki, yarışın ilk günündə 81 kq çəki dərəcəsində mübarizə aparan Alina Hacıyeva qabonlu rəqibi Çimen Mulubmaya məğlub olub. 


Yarışın ikinci günündə döyüşən iki boksçumuz da məğlubiyyətdən yaxa qurtara bilməyib. Əvvəlcə rinqə 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ayzanat Hacıyeva çıxıb. Görüş rəqib döyüşçü, amerikalı boksçu Caceyra Qonzalesin qələbəsi ilə başa çatıb. 


Daha sonra 75 kq çəki dərəcəsində çıxış edən Elena Vstropova böyük britaniyalı idmançı Savanna Marşalla qarşılaşıb. Görüş Marşalın qələbəsi ilə başa çatıb. 


Qeyd edək ki, bu gün daha 3 boksçumuz rinqə çıxacaq. 48 kq çəki dərəcəsində Əzizə Abbasova, 51-də Anna Əlimərdanova və 60 kq çəki dərəcəsində Yana Alekseyevna. Xatırladaq ki, Alekseyevna Rio Yay Olimpiya Oyunlarına lisenziyani özü üçün təmin edib.


Digər xəbərlər

Xəbər xətti