"Xəzər Lənkəran"ın qolkiperi "Arena"da!

15:10 21 May 2016

Bu gün "Burç FM" radiosunda "Arena" verlişinin növbəti buraxılışı olacaq.


Həftənin şənbə və bazar günləri yayımlanan verlişdə, idmanımızda baş verən yeniliklər, xəbərlər və digər maraqlı mövzülar barədə müzakirələr aparılır.

Sportarena.az xəbər verir ki, verlişin bugünkü qonağı "Xəzər Lənkəran" klubunun qolkiperi Orxan Sadıqlı olacaq. 


Saat 20:00-da start götürəcək verlişdə, Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün son oyununda keçirilən "Rəvan" - "Xəzər Lənkəran" matçında baş verən hadisələrdən danışılacaq.


Xatırladaq ki, Rüfət Nadirlinin təqdimatında keçirilən "Arena" velişi həftənin şənbə və bazar günləri, saat 20:00-dan 21:30-dək davam edir.


Qeyd edək ki, "Arena" verlişinin informasiya dəstəkçisi sportarena.az saytıdır.

Efirə canlı bağlanıb, suallarınızı ünvanlamaq üçün əlaqə nömrələri:
012 447 47 00
012 447 47 27
SMS nömrəsi: 9105 (bütün operatorlardan)


Digər xəbərlər

Xəbər xətti