"Kəpəz"in futbolçusu bombardir oldu

16:56 21 May 2016

Bayıl stadionunda keçirilmiş final oyunu ilə AFFA-nın U-14 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub. 

 

Sportarena.az klubun rəsmis saytına istinadən xəbər verir ki, həlledici matçdan sonra birincilikdə ilk “3-lüy”ə düşən komandalarla yanaşı, digər nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb. 


Bu yaş qrupu üzrə “Kəpəz” komandasının üzvü Çingiz Məmmədov ən məhsuldar futbolçu olub. Liqanın bombardiri adını qazanan hücümçü mövsüm ərzində 45 qola imza atıb.  


Futbolçuya mükafatı AFFA-nın texniki direktoru Bernhard Lippert və AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov təqdim edib.


Xəbər xətti