"Atletiko"dan yeni mövsüm üçün ilk transfer

22:52 21 May 2016

"Atletiko" Madrid “Benfika”nın yarımmüdafiəçisi Nikolas Qaytanı transfer etməyə çox yaxındır. Belə ki, futbolçu da ötən günlərdə “Benfika”da son mövsümünü keçirdiyini açıqlayıb. Dünən “Benfika”nın heyətində Liqa kubokunu qazanan Qaytan əvəzlənərkən göz yaşlarına hakim ola bilməyib. Bu isə futbolçunun yeni mövsümdən La Liqada çıxış edəcəyini bildirir. "Atletiko" Madrid argentinalı ulduz ilə 4 illik müqavilə imzalayacaq.


Xəbər xətti