Ranyeriyə ali dövlət ordeni

23:51 21 May 2016

"Lester"in italiyalı baş məşqçisi Klaudio Ranyeri dövlət mükafatı ilə təltif edilib.
64 yaşlı mütəxəssis III dərəcəli “İtaliya Respublikası qarşısında Xidmətlərinə görə” (yüksək zabit) ordeninə layiq görülüb.
 
Qeyd edək ki, K.Ranyeri “Lester”lə  İngiltərə Premyer Liqasının 2015/2016 mövsümünün qalibi olub. Bundan başqa, o, ölkə çempionatının ən yaxşı baş məşqçisi seçilib.


Xəbər xətti