Akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin qalibləri mükafatlandırılıb

12:13 22 May 2016

Mayın 21-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, kişi cütlüklər arasında böyük yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) qalib M.Əkbərov/S.Cəfərov cütlüyü olub. Qarışıq cütlüklər arasında yuniorlar yaş kateqoriyasında (1997-2005) birinci yeri N.Cabbarlı/A.Rəhimov cütlüyü qazanıb. İkinci yeri isə R.Qurbanlı/A.Al-Meşayxi cütlüyü tutub.

Kiçiklərin yaş kateqoriyasında (2002-2010-cu il təvəllüdlü) qızıl medalı F.Səttarov/N.Qasımova cütlüyü qazanıb, gümüş medala A.Məmmədova/S.Ağayev, bürünc medala isə R.Cabbarov/L.Mustafayeva cütlüyü sahib olub.

Qadın qrupları arasında yuniorlar yaş kateqoriyasında yarışlarda A.Əhmədova, N.Fərmanova və L.Bəşirova qalib olublar. İkinci yeri S.İbrahimova/M.Qurbanova/U.İsgəndərli üçlüyü qazanıb. Üçüncü yeri isə R.Səidli/L.Məmmədova/E.Nəzərli üçlüyü tutub.

Uşaqların yaş kateqoriyasında birinci yeri S.Əsgərzadə/D.Zakirova/M.Beydiyeva üçlüyü əldə edib. Gümüş medala A.Babaşova/N.Mirzəyeva/A.Babaşova üçlüyü sahib olub. Üçüncü yeri isə N.İsmayılova/S.Paşayeva/M.Məmmədzadə tutublar.

Kiçiklər arasında E.Hüseynova/F.Nəzərova/A.Məlikzadə qalib olublar. Gümüş medalı isə Ş.Əminova/M.Hüseynova/A.Ramazanova üçlüyü qazanıb.

Yuniorlar arasında kişi cütlüklərin yarışlarında birinci yeri S.Babayev/B.İbrahimov cütlüyü, ikinci yeri M.Rəfiyev/D.Abbasov, üçüncü yeri isə R.Əzizov/S.Səfərov tutub.

Uşaqların yaş kateqoriyasında qadın cütlüklər arasında L.Zeynalzadə/R.Zakirova cütlüyü qalib olub. Gümüş medalı S.Babayeva/T.Daşdəmirova cütlüyü, bürünc medalı isə N.Quluzadə/M.Səlimova cütlüyü qazanıb.

Kiçiklərin yaş kateqoriyasında kişi qrupları arasında yarışlarda yalnız E.Nuxov, Q.Hüseynov və R.Əzizov üçlüyü çıxış edib.

Yarışlarda “Ocaq”, “Neftçi” idman məktəbləri, Bakı Gimnastika Məktəbi, eləcə də Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 67 gimnast iştirak edib.


Digər xəbərlər

Xəbər xətti