"İnter" 5 futbolçusu ilə müqaviləni yenilədi

15:16 22 May 2016

Azərbaycan Premyer Liqasında keçirilən son turdan sonra "İnter"in heyəti istirahətə buraxılıb.

 

Sportarena.az xəbər verir ki, komanda iyun ayının 18-də "İnter Arena" stadionuna toplaşaraq növbəti mövsümə hazırlaşacaq. Müqavilə müddətləri başa çatmış futbolçularla da yeni razılaşmalar əldə olunacaq. Belə ki, komanda artıq Şahin Zəkiyevlə(3 il), Sərtan Taşkınla(2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) olan müqavilələri yeniləyib. Digər futbolçularla isə danışıqlar davam edir. 


Digər xəbərlər

Xəbər xətti