İŞİD terrorçusunun qardaşı çempion oldu

16:30 22 May 2016

Brüsseldə qanlı terror partlayışları törətmiş "canlı bomba"lardan biri Nəcim Laakruinin kiçik qardaşı Murad Laakrui Avropa taekvondo çempionatında qalib gəlib.


O, 54 kq çəki dərəcəsində qızıl medal qazanıb. Final qarşılaşmasınad Murad Laakrui 18 yaşlı Hesus Tortosa qalib gəlib.

 

H.Tortos 2014-cü il Bakıda keçirilmiş Avropa Çempionatında bürünc, 1-ci Avropa Oyunlarında isə gümüş medal qazanmışdı.

 

M.Laakrui bu yay Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında Belçikanı təmsil edəcək. 


Xəbər xətti