Bakı Şahmat Olimpiadasının maskotu sabah təqdim olunacaq

18:37 22 May 2016

Mayın 23-də, saat 15:00-da "Crystall Hall"dakı media mərkəzində Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə 100 gün qalmış geriyə sayım tədbiri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, mərasimdə 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu mediaya təqdim olunacaq.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəhbərliyinin və digər rəsmi şəxslərin iştirak edəcəyi tədbirin sonunda mətbuat konfransı təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti