Lənkəranlı azarkeşlər bəyanat yaydı: "Xəzər Lənkəran"a aid bir çöpü belə AFFA-ya verməyin!" - FOTO

19:35 22 May 2016

Son günlərin mövzusu olan "Xəzər Lənkəran" klubunun AFFA tərəfindən maliyyələşdiriləcəyi gündəmdədir. Bu hal isə lənkəranlı azarkeşlərin ürəyincə deyil.


Sportarena.az xəbər verir ki, "Xəzər Lənkəran" klubunun azarkeşlərlə iş üzrə əlaqələndirici nümayəndəsi olan Elman Tağıyev lənkəranlı azarkeşlərin adından komandanın rəhbərliyinə müraciət edib. 

E.Tağıyevin "facebook" sosial şəbəkəsində paylaşdığı bəyanati olduğu kimi təqdim edirik:

"Bütün "Xəzər Lənkəran" azarkeşləri adından rəhbərlikdən, başda Mais Mənsimov olmaqla, ilk öncə xahişimiz, sonra tələbimiz var. 


Bu günə kimi klubda baş verən bütün neqativ hallara görə, qeyri peşəkarlığa görə öz etirazımızı rəhbərliyə bildirmişik. Amma ilk dəfədir ki, biz - azarkeşlər rəhbərliyin arxasında duraraq, "Xəzər Lənkəran"a aid bir çöpün belə hər hansısa bir məbləğ qarşılığında kimlərinsə, sırf olaraq AFFA-nın balansına verilməməsininin tərəfdarıyıq. Bu işdə sonadək başda Mais Mənsimov olmaqla, rəhbərliyin arxasındayıq!".


Xəbər xətti