Daha bir taekvondoçumuz AÇ-də medal qazandı

22:11 22 May 2016

İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Yarışın son günü kişilərdən ibarət yığma komandamızın iki üzvü - 87 kq çəki dərəcəsində Payam Qobadi Oğaz və Radik İsayev +87 kq) mübarizəyə qoşulub. Nikola Bojo (Xorvatiya), M`Bar N`Diaye (Fransa) və Damin Samsunu (Böyük Britaniya) yarışdan kənarlaşdıran Payam yarımfinalda rusiyalı Vladislav Larinlə qarşılaşıb. Lakin finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənməli olub.

Radik İsaev isə ilk döyüşündə ukraynalı dayanq ustası Mixailo Şelestə minumal hesabla (4-5) məğlub olaraq çempionatla erkən vidalaşıb.

Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatından 3 medalla qayıdır. Milli üzvlərindən Rio Yay Olimpiya Oyunlarının lisenziya sahibləri, -80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani qızıl, Patimat Abakarova (-53 kq) gümüş, Payam Qobadi Oğaz (-87 kq) isə aktivinə bürünc medal əlavə edir.

Xatırladaq ki, bu çempionatda ölkəmizi hakimlər qismində beynəlxalq dərəcəli hakim, Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə İsveçrəyə səfər edən millimiz may 24-də vətənə dönəcək.


Digər xəbərlər

Xəbər xətti