"Real"ın futbolçusu Fransa millisinin heyətindən çıxarıldı

11:12 23 May 2016

Fransa millisinin baş məşqçisi Didye Deşam "Real"ın müdafiəçisi Rafael Varanı Avropa çempionatındakı iştirak ərizəsindən çıxaracaq.
 

Sportarena.az xəbər verir ki, bu barədə  "RMC" məlumat verib. 


Futbolçunun dünən keçirilən məşq zamanı zədələndiyi məlum olub. Bu səbəbdən də o, Çempionlar Liqasının finalını buraxacaq.
 
23 yaşlı futbolçunun Fransa millisinin iştirak ərizəsindıən çıxarılacağı gözlənilir. Onu Lionun müdafiəçisi Samuel Yumtiti əvəz edəcək.


Xəbər xətti