Van Qalın "Mançester Yunayted"dən alacağı təzminat məlum oldu

16:38 23 May 2016

"Mançester Yunayted" klubu baş məşqçisi Lui Van Qalı postundan uzaqlaşdırdığı barədə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, klub holland mütəxəssisi vaxtından əvvəl vəzifəsindən azad etdiyi üçün təzminat ödəməli olacaq. Belə ki, baş məşqçinin qovulması "qırmızı şeytanlar"a 5 milyon funt-sterlinqə başa gəlib. Bundan əlavə, o, komandaya İngiltərə kubokunu qazandırdığı üçün həmin məbləğə 400 min funt-sterlinq də əlavə olunacaq.


Qeyd edək ki, "qırmızı şeytanlar" Van Qalın yerinə Mourinyonu gətirəcək. Britaniya mətbuatının məlumatına görə, Mourinyo "Mançester Yunayted"lə 5 illik müqavilə imzalayacaq və portuqaliyalı mütəxəsiss yeni komandasında ilinə 15 milyon avro qazanacaq.


Digər xəbərlər

Xəbər xətti