"Neftçi" U-12 liqasının çempionu oldu

16:55 23 May 2016

"Neftçi"nin 12 yaşadək futbolçulardan ibarət komandası U-12 Liqasının qalibi olub. 


Sportarena.az xəbər verir ki, komanda "Bayıl Arena"da keçirilmiş final oyununda "İnter" klubu ilə qarşılaşıb. Matç "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, oyundan sonra keçirilmiş mükafatlandırma mərasimində "Neftçi"nin U-12 komandasının üzvlərinə qızıl medallar təqdim olunub


Digər xəbərlər

Xəbər xətti