Nani "Fənərbaxça"dan gedir

21:47 23 May 2016

Portuqaliyalı futbolçu Luis Nani “Fənərbaxça”dan ayrılmaq barədə qərar qəbul edib.

 

Sportarena.az xəbər verir ki, onun Çin klublarından birinə transfer olunacağı gözlənilir. 


Ötən həftədən başlayaraq şəxsi əşyalarını ölkəsinə göndərməyə başlayan futbolçunun meneceri Luca Bascherinin “Fənərbaxça” rəhbərliyi ilə görüşməsindən sonra Naninin klubdan gedəcəyi dəqiqləşib.


Türkiyə klubunda illik 4 milyon avro qazanan futbolçu, transfer reallaşarsa, 10 milyon avroya yaxın pul qazanacaq. 


Digər xəbərlər

Xəbər xətti