"Qəbələ"dən bürünc

22:51 23 May 2016

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2015/2016-cı illər mövsümünə yekun vurulub.

Bu gün yarışda final və 3-cü yer uğrunda matç keçirilib.

“Qəbələ” bürünc medal uğrunda qarşılaşmada “Neftçi” İK ilə görüşüb. “Qırmızı-qaralar” Bayıl stadionunda keçirilən qarşılaşmada 1:0 hesabı ilə qalib gələrək, mövsümü 3-cü pillədə başa vurublar.

 Həlledici oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Liqanı üçüncü pillədə başa vurmuş “Qəbələ” və digər iki mükafatçı - ikinci yeri tutmuş "İnter" və turnirin qalibi "Neftçi" müvafiq olaraq bürünc, gümüş və qızıl medallarla təltif edilib.

Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, Azərbaycan milli komandasının üzvü Ruslan Qurbanov təqdim ediblər. Sonra fərdi nominasiyalarda fərqlənənlər mükafatlandırılıb. Fair Play mükafatına “Qəbələ”nin oyunçusu Emil Süleymanov layiq görülüb.

U-12 komandanın bürünc medalı "Qəbələ"nin futbol akademiyasının cari mövsümdə liqalarda qazandığı 7-ci mükafatıdır. Bunadək U-19, U-16, U-15 qızıl, U-17, U-10 gümüş, U-14 bürünc medal qazanmışdı. Digər iki komandadan biri – U-11 finalda, U-13 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.

Xatırladaq ki, U-12 Liqası 2013/2014-cü illər mövsümündən keçirilir. “Qəbələ” əvvəlki iki mövsümdə gümüş medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti