Van Qal rəsmən istefaya göndərildi

01:28 24 May 2016

"Mançester Yunayted" təsdiq etdi ki, Lui Van Qal komandanın baş məşqçi postundan istefaya göndərilib. Klubun vitse-prezidenti Ed Vudvord İngiltərə təmsilçisinin saytına açıqlamasında deyib:

"Lui və onun məşqçilər qərargahına bu iki ildə gördükləri işə görə təşəkkür edirəm. Klubun Federasiya Kubokunu qazanması onun işinin kulminasiya nöqtəsi oldu. 

Lui komandanın baş məşqçisi olduğu müddətdə öz işini ləyaqətlə görüb. O, gənc futbolçuların özünü ən yüksək səviyyədə göstərməsi üçün şərait yaratması ilə diqqət çəkdi. Ona gələcək karyerasında uğurlar arzulayırıq".

Klubun saytında həmçinin qeyd olunub ki, Van Qalın yerinə kimin təyin olunduğu yaxın vaxtlarda elan ediləcək.

Böyük ehtimalla "qırmızı şeytanlar"ın yeni baş məşqçisi Joze Mourinyo olacaq.


Digər xəbərlər

Xəbər xətti