"Qarabağ"ın futbolçusuna 1 oyunluq cəza

14:16 24 May 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda əvəzedicilərin çempionatında yol verilmiş qayda pozuntularına görə müvafiq cəzalar tətbiq olunub.


Əvəzedici heyətlərin XXXVI turunun “Qarabağ” – AZAL matçının 79-cu dəqiqəsində “Qarabağ” klubunun 31 №-li futbolçusu Salman Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti