"Real"da şok itki: Ronaldo zədələndi - VİDEO

16:56 24 May 2016

Çempionlar Liqasının final mərhələsi üçün hazırlıqlarını davam etdirən "Real" klubunda ciddi zədələnmə baş verib.

 

Sportarena.az xəbər verir ki, bu gün məşq zamanı "kral klubu"nun hücumçusu Kriştian Ronaldo zədələnib. Belə ki, futbolçu məşq zamanı Dani Karvahal və Kiko Kasiley ilə toqquşub. Toqquşmadan sonra yerdə qalan futbolçuya həkimlər ilkin tibbi yardım ediblər. Buna baxmayaraq futbolçu məşqi davam etdirə bilməyib və meydançanı axsayaraq tərk edib.


Dərhal tibbi müayinədən keçən futbolçunun zədəsinin elə də ciddi olmadığı aşkarlanıb. Həkimlərin açıqlamasına görə, futbolçu "Atletiko" ilə final matçında iştirək edə biləcək.


Qeyd edək ki, "Real" və "Atletiko" arasında final oyunu mayın 28-də, İtaliyanın Milan şəhərində keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti