Millinin heyətində dəyişiklik edildi: "Xəzər Lənkəran"ın futbolçusu dəvət aldı

18:24 24 May 2016

Mayın 25-dən iyunun 5-dək Sloveniyanın paytaxtı Lyublyanada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. 


Sportarena.az xəbər verir ki, "İnter" klubunun futbolçusu Abbas Hüseynov millinin heyətindən çıxarılıb. Buna səbəb futbolçunun zədəli olmasıdır. Onun əvəzinə yığmaya “Xəzər Lənkəran” klubunun futbolçusu Kamran Abdullazadə dəvət olunub.


Xəbər xətti