"Kəpəz" çempion oldu

19:04 24 May 2016

Bu gün AFFA-nın U-11 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, final oyununda “Kəpəz” və “Qəbələ” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Kəpəz” U-11 Liqasının 2015/2016-cı il mövsümünün qalibi adını qazanıb. Üçüncü yeri isə "Xəzər Lənkəran"ı 7:3 hesabı ilə məğlub edən "Neftçi" komandası tutub. 


Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz” PFK İB-nin Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və futbol veteranı Rüstəm Rəhimov  təqdim ediblər.


Liqanın bombardiri 60 qolla “Kəpəz” komandasının futbolçusu Sadiq Şəfiyev olub. “Neftçi”nin oyunçusu Təhmasib Həmidli Fair Play mükafatına layiq görülüb. Eşqin Əhmədov (“Qəbələ”) liqanın ən yaxşı futbolçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti