"Yarasalar"ın yeni baş məşqçisi bəlli oldu

23:50 24 May 2016

"Valensiya" yeni baş məşqçisinin adını açıqlayıb.

Komandanı yeni mövsümdən də Pako Ayestaran çalışdıracaq.

O, bu ilin martında istefaya göndərilən Qari Nevili əvəzləyib. Mövsümün sonuna az qalmış müvəqqəti olaraq baş məşqçi vəzifəsinə gətirilən Ayestaranın işi rəhbərliyi razı salıb. "Valensiya" onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 4-də qalib gəlib, 2-də heç-heçə oynayıb, 4 matçda isə meydanı məğlub tərk edib. Belədə klub rəhbərliyi ispaniyalı mütəxəssisi vəzifəsində saxlamaq qərarı verib.

Qeyd edək ki, "Valensiya" ötən mövsümü 44 xalla 12-ci pillədə başa vurub.


Xəbər xətti