"Torino"nun yeni baş məşqçisi müəyyənləşdi

23:55 25 May 2016

"Milan"ın sabiq baş məşqçisi Sinişa Mihayloviçin yeni iş yeri müəyyənləşib.


Serbiyalı mütəxəssis İtaliya A Seriya təmsilçisi "Torino"nu çalışdıracaq.
47 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu vəzifədə Campyero Venturanı əvəzləyib.


Qeyd edək ki, "Torino" ötən mövsüm İtaliya A Seriyasını 12-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti