Ronaldo karyerasını hansı klubda başa vuracaq?

12:10 26 May 2016

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo gələcək planları haqqında danışıb.

Ronaldo  karyerasının sonuna qədər  “Kral Klubu”nda oynamaq istəyini deyib. 31 yaşlı futbolçu “Real” ilə müqaviləsini uzatmaq istəyir.

"Təbii ki, mən burada qalmaq istəyirəm. Karyeramı “Real Madrid” klubunda bitirmək istəyirəm. Çempionlar liqasının final oyunundan sonra, ola bilsin, yeni müqavilə imzaladım. Baxarıq necə olacaq. “Real”ın mənimlə yeni müqavilə bağlaması doğru olar, məncə. Mən Madriddə xoşbəxtəm. Özümü heç bir klubda görmürəm”, - deyə Ronaldo bildirib. 


Digər xəbərlər

Xəbər xətti