Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

18:29 26 May 2016

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib. Görüşdə layihə rəhbəri, ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov layihə haqqında geniş məlumat vermişdir və 2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızın adlarını ictimayyətə açıqlayıb.

Layihənin məqsədi 2016-cı ilin sentyabr ayında Braziliyanın Rio-De-Janeyro şəhərində XV yay paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçıları, iştirak edəcək idman növlərini, bu idman növlərinin qaydalarını, tibbi təsnifat haqqında əhaliyə məlumat verərək, seyirci və tərəfdaş kütləsinin çoxalmasına nail olmaqdır. Tədbirdə Milli Paralimpiya Komitəsinin bütün idman növlərinin məşqçiləri, idmançıları, KİV nümayyəndələri, İctimai Birlik təmsilciləri iştirak edib.

2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarına lisenziya qazanmış paralimpiyaçı idmançıların siyahısı

Cüdo
1. İlham Zəkiyev 100+
2. Kənan Abdullahxanlı 100-
3. Rövşən Səfərov 81 kq
4. Ramil Qasımov 73 kq
5. Bayram Mustafayev 66 kq
6. Ramin İbrahimov 60kq
7. Səbinə Abdullayeva 57 kq

Pauerliftinq
1. Elşən Hüseynov 107- kq
2. Razm Azar 65+ kq

Üzgüçülük
1. Dmitriy Saley
2. Roman Saley

Atletika
1. Kamil Əliyev
2. Elçin Muradov
3. Rüfət Rəfiyev
4. Iradə Əliyeva
5. Elena Çebanu
6. Elmir Cəbrayılov

Güllə atıcılığı
1. Elena Taranova

Qeyd: İyun ayının sonuna qədər reytinq cədvəlinə əsasən daha 6 idmançımızın lisenziya alması gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti