Sportarena.az
20 Noyabr 2017

Prosineçki: "Rəqib oynamaq istəmirdi"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avstriyanın Bad Erlah şəhərində keçirilmiş Azərbaycan – Andorra oyunundan sonra millimizin baş məşqçisi Robert Prosineçkinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Oynamaq istəməyən rəqibə qarşı oynamaq çox çətindi. Nəticəyə baxmayaraq birinci hissədən razı, ikinci hissədən narazı qaldım. Oyunumuz alınmadı, top saxlaya, hücum qura, cinahlardan aktiv istifadə edə bilmədik. Ancaq tam narazı qaldığımı da deyə bilmərəm. Əsas heyətin 9 üzvünün bugünkü oyunda iştirak etmədiyini də unutmayaq. Meydana əsasən gənclərdən ibarət heyətlə çıxmışdıq. Biz daha yaxşı oynaya bilirik. Təəssüf ki, bu gün potensialımızı tam aça bilmədik. Gözəl futbol üçün hər iki komanda oynamalı, istəkli olmalıdır. Amma rəqib buna imkan vermədi.
Gənc oyunçular pis təsir bağışlamadı, ancaq ümumi götürdükdə razı qalmadım. Budaq Nəsirov, Adil Nağıyev və Tərlan Quliyev kimi oyunçular əsas millinin formasını ilk dəfə geyinirdilər.
Makedoniya və Kanada ilə qarşılaşmalarda bəzi şeyləri sınaqdan keçirmək istəyirəm”.

Tarix
26.05.16 [23:25]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

20 Noyabr
19 Noyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio