"İnter" sloveniyalı qolkiperlə yeni müqavilə imzaladı

10:28 27 May 2016

Samin Handanoviç "İnter"lə yeni müqavilə imzalayıb.


Sportarena.az xəbər verir ki, 32 yaşlı qolkiper "İnter"lə olan müqaviləsinin müddətini daha 3 il uzadıb. Belə ki, təcrübəli qolkiper 2019-cu ilədək "İnter"in şərəfini qoruyacaq.


Qeyd edək ki, Handanoviç 2012-ci ildə "Udineze" klubundan "İnter"ə trasfer olub. O, bu müddət ərzində "İnter"in heyətində 162 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti