Özil "Arsenal"la yeni müqavilə imzalayacaq

11:32 27 May 2016

2 il sonra "Arsenal"la müqavilə müddəti başa çatacaq olan Məsut Özil komandanı tərk etmək niyyətində deyil.


Sportarena.az "Sky Sports"a istinadən xəbər verir ki, türk əsilli futbolçu "Avro-2016"dan sonra London klubu ilə yeni müqavilə imzalayacaq. 


Qeyd edək ki, Məsut Özil cari mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb. O, bu maçtlarda 6 qol vurub və 19 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti