Buskets "Barselona" ilə yeni müqavilə imzaladı, təzminat qiyməti 200 milyona yüksəldi

15:31 27 May 2016

Serxio Buskets "Barselona" ilə yeni müqavilənin razılığını əldə edib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən  xəbər verir ki, Kataloniya klubu  28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini 2021-ci ilə qədər uzadıb. Bununlada İspaniya millisinin üzvü olan Serxio Busketsin təzminat qiyməti 200 milyon avroya yüksəlib. 


Qeyd edək ki, 2008-ci ildən "Barselona" klubunun şərəfini qoruyan S.Buskets bu müddət ərzində Kataloniya klubunun heyətində 384 matçda iştirak edib. O, bu görüşlərdə 12 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.


Xəbər xətti